AZ

İsrail Qəzzaya elə zərbə endirdi ki... - 88 nəfər ölüb, 100-dən çox yaralı var

Bu gün səhərə yaxın İsrail Qəzzaya qısa fasilələrlə iki çox ağır zərbə endirb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.

Məlumatda deyilir ki, İsrail ordusunun Qəzzanın şimalında həyata keçirdiyi iki ayrı hücumda 88 fələstinli həlak olub: "İsrail döyüş təyyarələri Mesru Beyt Lahiya bölgəsindəki Kemal Advan xəstəxanası ətrafındakı yaşayış məntəqələrini bombalayıb. İlkin xəbərə görə, burada əksəriyyəti uşaq olmaqla 66 fələstinli ölüb, 100-dən çox yaralı var. Dağıntılar altında hələ də çoxlu adam var. Yerli əhali yalın əllə axtarış-xilasetmə işləri aparır.

Digər hücum isə Şeyx Rıdvan rayonunda 6 mərtəbəli binaya olub. Burada isə 10-u uşaq, 5-i qadın olmaqla 22 fələstinli həyatı ilə vidalaşıb. Dağıntılar altında qalanlar var..."

Tahir Şəlvəli
MİA.AZ

Seçilən
42
3
mia.az

4Mənbələr