Xaqani Məmmədovu baş məşqçi postuna gətirən «Difai» yoxlama matçı keçirib.
Yeni çalışdırıcının debütü uğurlu alınıb.
Qarabağ qazilərinin təmsilçisi «Qaradağ Lökbatan»la üz-üzə gəlib. Lökbatan qəsəbəsində təşkil olunan qarşılaşma «fədailər»in 3:1 hesablı qələbəsiylə bitib.
«Difai»nin heyətində Tolqar İbrahimov (penalti), Sənan Ağayev və ıƏli Mürsəlov fərqlənib.
Maraqlıdır ki, I Liqanın son turunda bu komandalar üz-üzə gəlmiş və «Qaradağ» 4:2 hesabıyla qalib gəlmişdi. İndi də bunu təsəlli revanşı saymaq olar.
SPORTİNFO.AZ