AZ

Qəzzada Faciə Dərinləşir - WAFA

Bakı,TurkicWorld

İsrail ordusunun Qəzza zolağının şimalına təşkil etdiyi hücumlarda 88 fələstinli həyatını itirib

TurkicWorld xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat verib .

Bu itkilərin böyük hissəsinin iki ayrı hücum nəticəsində qeydə alındığı, xüsusilə uşaqların böyük zərər gördüyü bildirilib.

İlkin hesablamalara əsasən, 66 fələstinli, o cümlədən çox sayda uşaq, həyatını itirib və 100-dən çox insan yaralanıb.

Şahidlərin sözlərinə görə, dağıntılar altında hələ də çox sayda insan var.

İsrail ordusunun mülki müdafiə bölmələrini hədəf alması səbəbindən, axtarış-xilasetmə işləri əsasən yerli sakinlərin məhdud imkanları ilə həyata keçirilir. İnsanlar yalnız sadə vasitələr və əl əməyi ilə dağıntılar altındakı insanları xilas etməyə çalışır.

Xəstəxanalar hadisədən sonra yaralılara yardım etməkdə çətinlik çəkir. Tibbi heyətin sayı məhduddur, bu da müalicə işlərini çətinləşdirir.

İsrail tərəfindən yeni tibb qruplarının bölgəyə girişinə icazə verilmədiyi üçün mövcud tibbi resurslar kifayət etmir.

İsrail döyüş təyyarələri Qəzzanın şimalında yerləşən Şeyx Rıdvan rayonunda 6 mərtəbəli binaya da zərbə endirib. “Aruki” ailəsinə məxsus olduğu bildirilən binanın bombalanması nəticəsində 22 nəfər həyatını itirib.

Səhiyyə mənbələrinə görə, ölənlərdən 10-u uşaq, 5-i qadındır. Hücumdan sonra bina tamamilə dağılıb və dağıntılar altında qalanların olduğu bildirilib. Hazırda axtarış-xilasetmə işləri yerli sakinlərin və məhdud imkanlara malik xilasedicilərin səyləri ilə davam edir.

Qeyd edək ki, Qəzzada səhiyyə sisteminin üzləşdiyi məhdudiyyətlər, həmçinin İsrailin humanitar yardım və yeni tibbi qrupların girişinə icazə verməməsi yaralıların müalicəsini daha da çətinləşdirir. Bu hücumlar bölgədəki humanitar vəziyyətin daha da ağırlaşmasına səbəb olub.

Seçilən
7
turkic.world

1Mənbələr