Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, ABŞ administrasiyasının Ukraynaya Rusiya ərazisinə dərin zərbələr endirməsinə icazə vermək qərarı Rusiya-Ukrayna münaqişəsini daha da alovlandıracaq.
Vətəninfo.az xəbər verir ki , bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.
Ərdoğan qeyd edib ki, Türkiyə ABŞ administrasiyasının Ukraynanın Rusiya ərazisinə hücumlar üçün taktiki raket sistemlərindən istifadəsinə icazə verməsi qərarını bəyənmir və düzgün hesab etmir.
“Bayden Rusiya Federasiyası ilə Ukrayna arasında müharibəni daha da qızışdırmaq, onun bitməyən və hətta genişlənməsinə töhfə vermək məqsədi daşıyan addım atıb”, – deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, bu qərar regionu və bütün dünyanı böyük müharibənin astanasına gətirə bilər.
“Bizdən sonra sel də olsa” prinsipinə arxalanaraq, heç nəyə nail olmayacaqsınız”, – deyə o qeyd edib.
Ərdoğanın sözlərinə görə, Rusiya Federasiyası ilə Ukrayna arasında müharibə ilə bağlı ən kiçik səhv barut çəlləyinə atəş atmaq kimidir.
“Hər kəsə diqqətli olmağı tövsiyə edirəm”, o vurğulayıb.