AZ

Zelenski tarix verdi: Müharibə bitir?

Ukrayna Prezidenti Volodimir Zelenski son bəyanatı ilə də dünyanın diqqətini özünə çəkməyi bacarıb. 

O, Rusiya-Ukrayna müharibəsinin bitmə ehtimalı barədə danışıb, hətta tarix verib. Belə ki, Zelenski bu müharibənin 2025-ci ildə bitməsini arzuladığını deyib. 

Maraqlıdır, Zelenski nə üçün 2025-ci ili işarə edir? Həqiqətən gələn il Rusiya-Ukrayna müharibəsi başa çata bilər? 

"Report" İnformasiya Agentliyinin əməkdaşı, siyasi analitik Kənan Novruzov Hit.az-a açıqlamasında bildirib ki, Zelenskinin məlum bəyanatı 2025-ci ildə Ukraynada keçiriləcək prezident seçkiləri ilə bağlı ola bilər:

362832

"Çünki Zelenski istəyir ki, müharibə Ukraynanın xeyrinə başa çatsın və növbəti seçkilərdə qalib sərkərdə kimi xalqın qarşısına çıxsın. Həmçinin, onun bu sözləri ABŞ-də keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlıdır. Çünki Donald Tramp böyük ehtimalla, ABŞ-nin Rusiya ilə münasibətləri loyallaşdırmağa çalışacaq. 

Bu isə perspektivdə Ukraynanı Rusiyanın şərtləri ilə masaya oturmağa məcbur edə bilər. Bəlkə də, Zelenski xalqı yavaş-yavaş buna hazırlayır. Hərçənd ki, Rusiya-Ukrayna müharibəsinin yaxın zamanda başa çatacağını düşünmürəm". 

Lakin ekspert qeyd edib ki, demokratların son addımı Trampın planının pozulmasına səbəb ola bilər:

"Nəzərə almaq lazımdır ki, ABŞ Prezidenti Co Bayden artıq Ukraynaya Rusiyaya zərbə endirməyə icazə verdi. Bu isə öz növbəsində müharibəni daha da gərginləşdirəcək. Üstəlik, onun bu addımı tərəflərin masa arxasında oturmasının qarşısını ala bilər. Hesab edirəm ki, Bayden Trampı çətin seçim qarşısında qoymaq üçün bu qərarı verdi".

Pərviz

Seçilən
16
hit.az

1Mənbələr