AZ

Azərbaycan 10 ayda 21 milyard kubmetrdən çox təbii qaz ixrac edib

Bu ilin yanvar-oktyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 21 milyard 338 milyon 832,9 min kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 6 milyard 848 milyon 514,92 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 6,9 %, dəyəri isə 44,2 % azdır.

Azərbaycanın ümumi ixracında təbii qazın payı 30,11 % olub.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 378,7 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 22 milyard 742,3 milyon ABŞ dolları ixracın, 16 milyard 636,4 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,5 % azalıb, idxal isə 17,4 % artıb.

Seçilən
11
3
report.az

4Mənbələr