AZ

Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilib - Deputat

Bakı. Trend:

Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilib vəAzərbaycanın siyasi sistemində xalqımızın milli maraqlarını vədövlətçilik mənafeyini əks etdirən güclü və etibarlı siyasitəşkilat adını qazanıb.

Bunu Trend-əMilli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixininson dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlaraməruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəaliştirakı ilə yaranıb.

“Yeni Azərbaycan Partiyası tarixi zərurətdən irəli gələrək,Azərbaycan xalqının ən ağır günlərində, ölkəmizin müstəqilliyiniyenidən itirmək təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə xalqımızıbu mürəkkəb vəziyyətdən çıxarmaq amalı ilə yaradılmış birtəşkilatdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəniböhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü iləçıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkarsiyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər”, - deyədeputat bildirib.

A.Həsənova vurğulayıb ki, Azərbaycan qarşısında çox mühümçağırışlar dayanır, taleyüklü məsələlərin həll edilməsi həyatizərurətə çevrilmişdi.

“Pərən-pərən düşmüş xalqı vahid azərbaycançılıq ideologiyasıətrafında birşləşdirmək, siyasi xaosu aradan qaldırmaq, qanunsuzsilahlı dəstələrin özbaşınalığının qarşısını almaq, xalqı düşdüyüağır sosial-iqtisadi böhrandan çıxarmaq, Azərbaycanın beynəlxalqaləmdə mövqelərini gücləndirmək və ən əsası, erməni işğalınıdayandırmaq Azərbaycanın müstəqilliyinin və bir dövlət kimimövcudluğunun qorunub saxlanması üçün həyati əhəmiyyət kəsbedirdi.

Bu ağır taleyüklü və son dərəcə məsuliyyətli məsələləri həlletmək missiyasını üzərinə götürə biləcək güclü, vahid ideologiyası,proqramı və strateji hədəfləri olan, vətəndaşların siyasi iradəsiniifadə edən, dövlətin milli maraqlarını hər şeydən üstün tutansiyasi təşkilata zərurət var idi.

Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizdə cərəyan edənbu hadisələrin məntiqi nəticəsi idi, çünki belə bir mürəkkəbşəraitdə Ulu Öndər Heydər Əliyevin müdrikliyi, xalqın ona olaninamı, sevgisi Yeni Azərbaycan Partiyasının yaranmasınılabüdləşdirdi. Yeni Azərbaycan Partiyasının təsis konfransı 21noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarınıtəmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakıilə keçirildi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdillikləpartiyanın sədri seçildi.

YAP Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində,özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyətə başladı. HeydərƏliyev ideyaları əsasında qurulan partiyamız qısa zaman ərzindəxalqın inamını doğruldu.

Belə ki, ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi YeniAzərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, ətrafınaçoxlu sayda üzvlər toplayaraq, xalqın dəstəyi və tələbi ilə 1993-cüildə hakimiyyətə gəldi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətəqayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla yanaşı,müstəilliyimizin möhkəmlənməsinin və ölkənin yeni inkişaf dövrününəsasını qoydu. Heydər Əliyev tərəfindən atılan çevik və əməliaddımlar nəticəsində ölkədə qısa müddət ərzində ictimai-siyasisabitliyə nail olundu, qanunsuz silahlı dəstələr və separatçıqüvvələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısıalındı, müharibədə uzunmüddətli atəşkəsə nail olunmaqla ermənitəcavüzü dayandırıldı”, - deyə deputat bildirib.

Deputat vurğulayıb ki, bu günlərdə Yeni Azərbaycan Partiyasıüçün tarixi bir gündür.

“Partiyamızın yaranmasının 32 illiyi tamam olur. Bu 32 illikfəaliyyəti dövründə Yeni Azərbaycan Partiyası Ümummilli liderimizHeydər Əliyevin ideyalarına əsaslanaraq çox böyük və şərəfliinkişaf yolu keçib. Partiyamız öz fəaliyyətini möhtərəm Prezidentİlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət kursunauyğun şəkildə qurur və müasir dövrün çağırışlarını diqqətdəsaxlayır”, - deyə deputat əlavə edib.

Seçilən
41
az.trend.az

1Mənbələr