Böyük Britaniya hərbi münaqişə zamanı tam müdafiəni təmin edə bilmir və İsveçin müdafiə planlaşdırma təcrübəsindən öyrənməlidir.
KONKRET.az xəbər verir ki, bunu Böyük Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi, admiral Toni Radakin deyib:
“Etiraf etmək lazımdır ki, Britaniya Skandinaviya və Baltikyanı ölkələrindən daha zəif vəziyyətdədir. Bu, bizim tam müdafiə mədəniyyətimizin olmadığı bir sahədir. Bizdə digər NATO ölkələrində olduğu kimi mülki planlaşdırma aspektlərinin bəziləri yoxdur. Britaniya həmkarlarından öyrənmək və nədən istifadə edə biləcəyini görmək” istəyir”, – deyə Britaniya Silahlı Qüvvələrinin rəhbəri bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az