ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən Hökumətin Effektivliyi Departamentinin rəhbəri vəzifəsinə təyin edilən iş adamı İlon Mask və sahibkar Vivek Ramasvami federal işçilərin sayını azaltmaq üçün əvvəlcə qurumlarda uzaqdan işləməyi dayandıracaqlarını bildiriblər.
"Cebheinfo.az" xəbər verir ki, Mask və Ramasvaminin federal işçilərin "könüllü olaraq işdən çıxması" və hər kəsin həftənin 5 günü ofisə gəlməsini tələb etməsi üçün federal qurumlarda uzaqdan işləməyi dərhal dayandırmağı planlaşdırdığı açıqlanıb.
Belə bir tələbin Vaşinqtondakı agentliklərin başqa yerlərə köçməsinə və bir çox federal işçinin könüllü getməsinə səbəb olacağı, nəticədə isə Trampın yeni administrasiyasına federal işçi qüvvəsindəki mövqeləri azaltmağa və hökumətin puluna qənaət etməyə kömək edəcəyi iddia edilib.
Hökumət daxilində uzaqdan işləməyə son qoyulması, "mütləq masada" olduğunu, lakin bunun federal hökumətə nə qədər pula qənaət edəcəyi bəlli deyil.
Digər tərəfdən, işlərini itirməmək üçün "CNN"-ə anonim danışan bəzi federal işçilər ofisə getməyə məcbur olmanın onları daha az məhsuldarlaşdıracağına inandıqlarını, evdən işlədikləri zaman daha çox işlədiklərini qeyd ediblər.
İşçilərdən bəziləri COVID-19 epidemiyasından sonra keçdikləri "evdən işləmək" əmri dəyişdirilərsə, istefa verə biləcəklərini bildirsələr də, bəziləri ofisə qayıtmağa hazır olduqlarını qeyd ediblər.
ABŞ-nin Personal İdarəetmə Ofisinin məlumatlarına görə, hazırda ölkədə 1,3 milyon federal işçinin uzaqdan işləməsinə icazə verilib.
Bütün federal işçilərin həftənin beş günü ofisdə olması tələb olunmur, çünki hər bir agentlik öz ehtiyaclarına əsaslanaraq uzaqdan iş siyasətini müəyyən edir.
Donald Tramp Hökumətin Effektivliyi Departamentinə rəhbər təyin etdiyi Mask və Ramasvaminin hökumət bürokratiyasının aradan qaldırılmasına, həddindən artıq tənzimləmələrin azaldılmasına, israfçı xərclərin azaldılmasına və federal qurumların yenidən qurulmasına yol açacağını açıqlamışdı.
Tramp, Mask və Ramasvaminin ABŞ iqtisadiyyatını azad etmək və hökuməti xalq qarşısında hesabatlı etmək üçün birlikdə işləyəcəklərini ifadə edərək, illik hökumət xərclərində 6,5 trilyon dollarlıq böyük israfı və saxtakarlığı aradan qaldıracaqlarını iddia edib.