AZ

"Müğənni sosiska yeməlidir!?"

"Hamı toya bağlıdır. Bu sektor bizdə işləməsə, biabırçılıq olar".

Paralel.az xəbər verir ki, bu sözləri prodüser Anar Mədətov MTV-də yayımlanan "7/24 xidmətinizdəyik" verilişində deyib.

O, "müğənnilərin toy qiymətlərinin şişirdilməsi" mövzusu ətrafında danışarkən belə deyib.

"Məsələn, biri boşanır-evlənir və s. Yıxılanı baltalıyırıq, qalxana paxıllıq edirik. Yazıq milli yıxılıb, indi sosial şəbəkəni açırsan, nə gəldi deyirlər. İndi də başlayıblar - toy, toy. Amma get bir dənə toy sahibinə denən ki, 50 manatlıq müğənni var, çağıraq onu. Sizə deyəcək ki, "niyə, mən kimdən əskik adamam?"

Prodüser həmçinin bildirib ki, müğənni də o insandır ki, istəyir ki, həm də qazansın, soyuducusunda əti də olsun: "Ətin də qiymətini aşağı salacaqlar dedilər, amma yenə də ətin satışı üzrə dünyanın ən bahalı ölkələrindən biriyik, kilosu 18 manatdır. Onda bu müğənni sosiska yesin?!"

Seçilən
0
1
paralel.az

2Mənbələr