Belarusun Qrodno və Qrodno vilayəti ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib.
BELTA xəbər verir ki , bu, respublika Daxili İşlər Nazirliyinin komanda-qərargah təlimlərinin keçirilməsi ilə əlaqədardır.
Manevrlərə hərbi və xüsusi texnikanın tətbiqi, gücləndirilmiş nəzarət və tədbir zonasında hərəkətin məhdudlaşdırılması daxildir.
Bundan əvvəl bildirilmişdi ki, Belarusun təhlükəsizlik qüvvələri noyabrın 19-22-də seçkilər zamanı mümkün təxribatlara cavab verməyə hazır olmaq üçün təlimlər keçirəcək .
DOĞRU.AZ