AZ

Orxan Zeynalov: "Azərbaycan "yaşıl" layihələr sahəsində xarici investorları dəstəkləməyə davam edəcək"

Azərbaycan hökuməti bərpa olunan enerji layihələri sahəsində xarici investorları dəstəkləməyə davam edəcək.

"Report" xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov COP29 çərçivəsində Azərbaycanda 100 MVt gücündə "Qobustan" Günəş Elektrik Stansiyasının tikintisi üzrə ilk bərpa olunan enerji hərracının qalibinin elanı ilə bağlı keçirilən tədbirdə bildirib.

"Bu hərrac Azərbaycanın bərpa olunan enerji sektoru üçün növbəti uğurdur və investorların Azərbaycanda "yaşıl enerji" layihələrinə artan marağını və etimadını göstərir. COP29 çərçivəsində hərracın nəticələrinin elan edilməsi Azərbaycan hökumətinin beynəlxalq əməkdaşlığa, dayanıqlı inkişaf məqsədlərinə və ölkənin "yaşıl enerji" potensialının reallaşdırılmasına sadiqliyini bir daha təsdiq edir", - o vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan hökuməti bundan sonra da bərpa olunan enerji layihələri üçün şəffaf, etibarlı çərçivə təmin etməklə xarici investorları dəstəkləyəcək.

Seçilən
8
report.az

1Mənbələr