AZ

Dünyanın taleyi Bakıda müzakirə olundu – Azərbaycandan BÖYÜK TÖHFƏ

Ölkəmizin ev sahibi olduğu BMT -nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası Azərbaycan tarixində daha bir şanlı səhifədir.

Möhtərəm Prezident Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 30 illik işgaldan sonra ata-baba torpaqlarımızı erməni qəsbkarların əlindən azad etdik. Elə başa düşürəm ki, Qarabag zəfərindən sonra COP 29-un ölkəmizdə keçirilməsi daha bir möhtəşəm qələbədir. Çünki bu böyük dünyəvi tədbirin ölkəmizdə keçirilməsinin qarşısını almaq üçün bütün “demokratik” dövlətlər mane olurdular. Ölkəmizin ədalətli mövqeyi, Möhtərəm Prezidentimizin qüdrətli, siyasi və haqlı revanşları mühüm rol oynadı.Ölkəmiz bir daha təsdiq etdi ki, o yalnız özünü yox, bütün dünyanın taleyini düşünür. Dünya dövlətləri də ölkəmizin məsuliyyətini dərk etdilər və çagırışımıza müsbət cavab verdilər.

Prezident İlham Əliyevin COP29 -un sessiyasındakı möhtəşəm çıxışı dünyamızın taleyi naminə məsuliyyəti səmimi və cəsarətlə ifadə edir.  Cəsarətli çıxışda, haqlı olaraq, müstəmləkə xalqların tarixi aqibəti dünyanın ekoloji vəziyyətilə simmetrik nəzərdən keçirilir. Prezident bir sıra əsassız ittihamlara dəqiq, əsaslı və hüquqi cavab verir. Bir daha dərindən inandıq ki, dünyanın taleyi siyasi, hüquqi, demokratik və ekoloji tandemlə kompleks həll olunmalıdır. Əks təqdirdə təbii yaşam  tarazlıgı pozulur, arzuolunmaz  problemlər  yaranır.

Azərbaycanın ictimai-siyasi və ekoloji həyatında mühüm hadisə olan bu beynəlxalq tədbirə ən yüksək səviyyədə hazırlıgı sessiyaya qatılan dünya dövlətlərinin liderləri, narahat dünyamızın ekoloji problemlərinin həllində maraqlı olan təşkilatların nümayəndələri, aparıcı media rəhbərləri, jurnalistlər, müstəmləkəçilik zülmündən əziyyət çəkən və ekoloji fəlakətlərlə üzləşən dövlətlərin təmsilçiləri dönə-dönə etiraf etdilər.

Bir yazıçı-ekoloq kimi mən də sessiyanın gedişini diqqətlə izləyirəm. Dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr ölkəmiz haqqında, onun füsunkar təbiəti, adət-ənənələri, hətta məişət həyat tərzi haqqında xoşməramlı çıxışlarında, müsahibələrində səsləndirdikləri fikirlərlə qürur duyuram. Təbii ki, bu, ölkəmizin beynəlxalq nüfuzunun artmasında, bir sözlə, bu tədbir daha bir müsbət göstəricidir.

Bütün bunları nəzərə alaraq “COP 29-un əks-sədası” adlı ekoloji mövzuda daha bir kitab qələmə almağı düşünürəm. Sevinirəm ki,  “Yaşıl dünya naminə “adlı kitabım məndən də kiçik bir töhfə oldu. Bu mənəvi töhfənin yaranmasında Prezidentimizin   2024 cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi ilə bağlı sərəncamı bu kitabın ərsəyə gəlməsində əvəzsiz rol oynadı.

Əlbəttə, COP 29 böyük beynəlxalq tədbirdir. Bu tədbirin belə yüksək səviyyədə keçirilməsinə çoxları inanmırdı. Ölkəmiz bu tədbirin öhdəsindən ləyaqətlə gəldi. Bu, dostlarımızı sevindirir, düşmənlərimizi isə təəssüfləndirir. Axı bu tədbir Azərbaycanı öz əsassız ittihamlarına, qarayaxmalarına hədəf seçən dövlətlərə bir mesaj oldu.

Bəxtiyar Hüseynov,

1saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı, Azərbaycan Yazıçılar və Jurnalislər Birliyinin üzvü

Seçilən
31
konkret.az

1Mənbələr