2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana ümumilikdə 1 milyard 484 milyon ABŞ dolları dəyərində 74 min 723 ədəd avtomobil idxal olunub.
Bu barədə FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 8% və ya 6 483 ədəd azalıb, dəyəri isə 8% və ya 110.4 milyon dollar artıb.
2023-cü ilin müvafiq dövründə Azərbaycana 1 milyard 374 milyon ABŞ dolları dəyərində 81 min 206 ədəd avtomobil idxal edilib.
Bu dövrdə 1 ədəd avtomobilin orta idxal qiyməti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 min 945 dollar (5 min 7 manat) və ya 17,4%-ə yüksələrək 19 min 866 dollara (33 min 772 manat) çatıb.