Ukraynada baş verən hava hücumu siqnalı fonunda Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı hava hücumundan müdafiə qüvvələrinin ali hazırlıq səviyyəsinə keçirildiyini elan edib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə yaylıan bəyanatda qeyd edilir:
"Diqqət! Rusiya Federasiyasının növbəti hücumu zamanı, o cümlədən Ukraynanın qərbində yerləşən obyektlərə zərbələr endirilərkən, Polşa və müttəfiq təyyarələri hava məkanımızda fəaliyyətə başlayıb".
Hazırda Polşa Ukraynadakı vəziyyətin gərginləşməsi fonunda ehtiyat tədbirləri görməyə davam edir.