AZ

Erməni terrorçularını siyasi məhbus elan edənlərin terrorçu mahiyyəti...

ABŞ -dan olan bir neçə Kongresmen və özlərini " hüquq müdafiəçisi" adlandıran bir neçə şəxslər Azərbaycanda həbsdə saxlanılan erməni separatçı və terrorçuları "siyasi məhbus" adlandırırlar. Erməni lobbisinin maliyyəsi və təlimatlari ilə beynəlxalq hüquqa zidd olaraqAzərbaycanı "etnik təmizləmədə" və "müharibə cinayətlərində" iddiham etmək kampaniyasna başlayıblar. Bu kimi mövqeninortaya qoyulması göstərir ki, belə şəxslər beynəlxalq terrorizmi dəstəkləyənlərdi. VaxtıiləİŞİD və Əl-Qaidə terror təşkilatını yaradanların davamçılardı. Eyni sistem eyni siyasət məhz şərqə qarşı çirkin siyasətin bariz nümunəsidir. Bununla daAzərbaycana qarşı yeni erməni terrorunu yaradılmasına rəvac verilir.

Özlərini demokratik dünyanın beynəlxalq hüquqa söykənən hüquq müdafiəçı adlandıran bu şəxslər, erməni terrorçularını "siyasi məhbus" donu geydirib, beynəlxalq hüququ heçə sayırlar. Ermənistan hökumətinin etmədiyini və azadlıqlarını tələb etmədiyi "etnik təmizləmə" və "separatçı, terrorçularla" bağlı məsələləri gündəmə gətirməklə yalnız sülhü sabotaj edirlər. Bu kimi qərəzli kampaniyanın məqsədli şəkildə Azərbaycanla Qərb arasında uçurum yaratmaqdan ibarətdir.

Artıq Ermənistan hakimiyyəti Qarabağdan könüllü gedən soydaşlarına rəsmən vətəndaşlıq verir. Azərbaycana qarşı bu qərəzli kampaniyanın arxasında duran ABŞ-ın bəzi kongresmenləri və Avropanın bir neçə mərkəzləri rəsmi Yerevanın bu siyasətini görməzlədən gəlir.

Azərbaycan sərhəddini qanunsuz keçən və terrorçu qrupları maliyyələşdirən Ruben Vardanyani "siyasi məhbus" adlandıran hüquq müdafiəçiləri, onun cinayətlərini eşitmək istəmirlər. Bu mövqe Qərbin ali insan hüquqları ilə bağlı açıqlamalarina ikrah hissi yaradır.

Açıq şəkildə Azərbaycanı etmədiyi işlərə görə iddiham edirlər. Erməni lobbisinin pulu onların gözlərini kor və qulaqlarını kar edib. Beynəlxalq hüququ nə oxumaq, nə də eşitmək istəmirlər?! Ruben Vardanyani və digər separatçıları "siyasi məhbus" adlandıranlar, Ukraynadakı separatçıları terrorçu adlandırır. Amma, mahiyyət və görülən iş eynidir. Separatçı və terrorçunun fərqi olmur. Görünür, Qərbin bir çox dairələri üçün yaxşı və pis separatçı -terrorçu var. Sizde Rusiya kimi separatçıları dəstəkləyirsinizsə, fərqiniz nədir?!

Azərbaycan haqlı olaraq bu terrorçu zehniyyətə və onların müdafiə etdikləri terrorçulara ən ağır cəza verməlidir. Onsuzda onların 30 il ərzində cinayətləri layiqli cəza almağı labüd edir. Azərbaycanla Ermənistan arasında sülhü istəməyən bu qüvvələr, münaqişədən milyonlarla pul qazanırlar. Beynəlxalq hüquq isə, əllərində alət olaraq qalır.

Məhəmməd Əsədullazadə

Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert

visiontv.az



Seçilən
5
visiontv.az

1Mənbələr