Türkiyə valyuta birjalarında dollar və avro lirə qarşısında bahalaşıb.
“Cebheinfo.az” xəbər verir ki, dollar 0.14, avro isə 0.41 faiz dəyər qazanıb. Hazırda 1 dollar 34.50, 1 avro isə 36.49 lirə səviyyəsində qərarlaşıb.
Lirə manatla müqayisədə isə sabit qalıb. Birjalarda 100 türk lirəsi 4.93 manata təklif olunur.
Qeyd edək ki, bu məzənnələr yalnız birjalarda keçərlidir.