AZ

Rusiyanın Çini təəccübləndirən, ABŞ-ı şoka salan raketi:10 DƏQİQƏYƏ KİYEVƏ ÇATIR!

Rusiyanın RS-26 “Rubej” qitələrarası ballistik raketi buraxılsa, Kiyevə 8-10 dəqiqəyə çatacaq.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, hərbi ekspert İqor Romanenko deyib.

 

Onun fikrincə, Qərbin tədarük etdiyi “Patriot” və “SAMP-T” hava hücumundan müdafiə sistemlərinin təhlükənin öhdəsindən gəlib-gəlməyəcəyi sual altındadır:

 

"Konvensiya baxımından biz qeyri-nüvə silahları ilə məşğul oluruq. "Rubej" adi ballistik raketdən qat-qat güclüdür, hava hücumundan müdafiə mütəxəssisləri ancaq "Xəncər"ləri vurmağı öyrəniblər. İndi yeni bir raket peyda oldu, ruslar ondan Ukraynadakı “qərarqəbuletmə mərkəzlərinə” təsir etmək üçün istifadə etmək istəyirlər. Qlobal vəziyyəti nəzərə alaraq, onunla zərbə ehtimalı yüksəkdir".

Seçilən
1
7
senzor.az

8Mənbələr