AZ

Türkiyə mətbuatı, 21 noyabr 2024-cü il

 

“Yeni Şafak”: Ərdoğan “Türkiyə olaraq ABŞ-ın Suriyadan çıxmasının yaratdığı yeni vəziyyətə hazırıq" dedi

  Türkiyə prezidenti R.T.Ərdoğan Braziliyadan qayıdan təyyarədə verdiyi açıqlamada bildirib: "Terrora qarşı mübarizəmizi davam etdirəcəyik. Türkiyə olaraq Amerikanın Suriyadan çıxmasından yaranacaq həm yeni vəziyyətə, həm də mövcud reallığa hazırıq. Milli təhlükəsizliyimiz birinci gəlir və bütün digər məsələlərdən üstündür”.

“Haber Türk”: Ərdoğan “Baydenin “Ukrayna” qərarını düzgün hesab etmirik” dedi

  Türkiyə prezidenti R.T.Ərdoğan ABŞ prezidenti Co Baydenin Ukraynaya verdiyi “uzaqmənzilli raketlərdən istifadə icazəsi”ni doğru hesab etdiklərini "Bütün bunlar regionu və dünyanı yeni və böyük bir müharibənin astanasına gətirə bilər" sözlərilə ifadə edib.

“Star”: “Bayraktar TB3”ün tarixi sınağı Yunanıstanı qorxutdu"

  “Bayraktar TB3” pilotsuz uçuş aparatının ilk uçuş və eniş sınağı Yunanıstanda həyəcanverici hesab edilib. Yunan mətbuatı sözügedən mövzu ilə bağlı yazıb: "Bu, Bayraktar TB3-ün texnoloji üstünlüyünü ortaya qoyur. Türkiyə “Bayraktar TB3”ün müvəffəqiyyəti ilə dünyada bir ilkə imza atdı."

“Hürriyet”: THY-dən pulsuz tur imkanı

  Türkiyə Hava Yolları (THY) “Turİstanbul” layihəsi çərçivəsində xaricdən gələn və İstanbul Hava Limanında gözləyən sərnişinlərinə başqa ölkəyə getmək üçün pulsuz şəhər turu imkanı təqdim edir.

“Sabah”: “Dünyanın ən təsirli 19 məkanı” siyahısına Türkiyədən bir bina daxil oldu

  “Dünyanın ən təsirli 19 məkanı”nın siyahısı açıqlanıb. Unikal və tarixi tikililər arasında Türkiyədən Ayasofya da yer alıb.



Seçilən
0
trt.net.tr

1Mənbələr