AZ

Şirazda qaşqay türkləri etiraz aksiyası keçirdilər

Qaşqay türkləri bu gün Fars əyalətinin mərkəzi Şiraz şəhərində etiraz aksiyası keçiriblər.

Bu barədə qaşqay mədəni fəallar məlumat yayıb.

Etiraza İran hökumətinin qaşqayların milli geyim və başqa mədəni atributlarının lor xalqı adına qeydiyyata alması olub.

Öz milli geyimlərində aksiyaya qoşulan qaşqaylar "qaşqayının libası, qaşqayının olası" şüarları səsləndiriblər.

Onlar milli geyimlərinin başqa xalqın adına qeydiyyata alınasını hökumətin İranda türklərə qarşı ögey siyasətinin daa bir nümunəsi adlandırıblar.

Qeyd edək ki, İranın cənub və mərkəzi bölgələrində yaşayan Qaşqay türklərinin ortalama sayının 3 milyon civarında olduğu bildirilir.

İranın Kohgiluyə və Böyirəhməd, İsfahan, Fars və Buşəhr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqay yurd” adı ilə tanınır.

visiontv.az



Seçilən
29
visiontv.az

1Mənbələr