AZ

Falçını 34 min manat məbləğində ALDATDILAR

Rusiyada falçını 2 milyon rubl (təxm. 34 min man) məbləğində aldadıblar.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Yekaterinburqda bir oğlan falçını 2 milyon rublla aldadıb.

Oğlan əvvəlcə ezoterizmi sevdiyini və peşəkardan öyrənmək istədiyini deyərək özünə inam qazanıb.

Görüşdükləri zaman o, kriptovalyuta ilə ticarət etdiyini deyib və onu da investisiya etməyə dəvət edib. Qadın inanıb və bütün pulunu “birjaya” köçürüb: 2 milyon 60 min rubl.

Dələduz köçürmə olunduqdan sonra yazışmanı silib və yoxa çıxıb. Özünə gələn falçı polisə müraciət edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
4
interpress.az

1Mənbələr