AZ

Böyük Britaniya Trampın Ukraynada sülhü gücdən istifadə edərək dəstəkləyəcəyini bildirib

Böyük Britaniyanın xarici işlər naziri David Lammy bildirib ki, ABŞ-ın yeni prezidenti Donald Tramp Ukraynadakı münaqişənin Kiyev üçün mənfi şərtlərlə həllinə razı olmayacaq və güc tətbiq etməklə sülh konsepsiyası əsasında hərəkət edəcək.

Editor.az bu barədə New Statesman- istinadla xəbər verir. “Donald Trampın bu “güc vasitəsilə sülh” mövqeyində müəyyən əzmkarlığı var. Donald Tramp haqqında bildiyim odur ki, o, uduzanları sevmir və uduzmaq istəmir, Amerika xalqı üçün düzgün sövdələşmə əldə etmək istəyir”, – deyə Lammi bildirib.

Xatırladaq ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Moskva və Kiyev arasında dialoqu təşviq edəcəyini bildirib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
16
editor.az

1Mənbələr