AZ

BMT rəsmisi: İqlim dəyişikliyinin qadınlara təsiri hələ tam hesablanmayıb

"Qadınlara qarşı cinsi qısnama, onların məşğulluğunun təminatı və digər problemlər həll olunmasa, 2050-ci ilədək 150 milyon qadın və gənc qız yoxsulluq səviyyəsində yaşayacaq".


APA xəbər verir ki, bu sözləri BMT-də Qadınların Səlahiyyətləndirilməsi üzrə məsul şəxs Jemimah Njuki "Şəffaflıqda Gender" mövzusunda yüksək səviyyəli tədbirdə söyləyib.


O əlavə edib ki, Afrika regionda qadınlar və gənc qızlar su problemindən ən çox əziyyət çəkən fərdlərdir:


"COP29 artıq iqlim maliyyəsi adı altında tanınmağa başlayıb. Bizim üçün əsas prioritet şəffaflığın təminatıdır. Hər zaman BMT qadınlara dəstək verməyə çalışır. Biz əlimizdə olan imkanlardan istifadə edib, iqlim şəffaflığı üzrə hesabatları tələb etməliyik. İqlim dəyişikliyinin qadınlara və qızlara təsiri hələ tam hesablanmayıb. Afrika regionunda qadınlar və gənc qızlar su problemindən ən çox əziyyət çəkən fərdlərdir. Bunun da nəticəsində cinsi qısnama halları artıb. Qadınlara qarşı cinsi qısnama, onların məşğulluğunun təminatı və digər problemlər həll olunmasa, 2050-ci ilədək 150 milyon qadın və gənc qız yoxsulluq səviyyəsinə düşəcək. Yalnız hər 5 ölkədən biri milli strategiya sənədlərində qadınların və qızların rolunu qeyd edir. Məqsədlərimizə nail olmaq üçün daha təsirli tədbirlər görməliyik. İlk olaraq biz işləmək niyyətində olduğumuzu göstərməliyik. Qadın təşkilatları iqlim fəaliyyəti, cinsi qısnama və digər neqativ hallara qarşı birlikdə olmalıdır. Bəzən nümayəndə heyətlərinin fikirlərindən belə başa düşülür ki, onların ölkələrində qadınlar cəmiyyətdə iştirakdan uzaqdır. Biz hesab edirik ki, iqlim bərabərliyi gündəliyi çox genişdir".
Seçilən
21
1
sherg.az

2Mənbələr