Türkiyənin Sakarya vilayətinin Adapazarı rayonunda azərbaycanlı qadın öldürülüb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı Şəlalə Mirzəli küçədə keçmiş sevgilisi tərəfindən güllələnib.
45 yaşlı Alaattin A. qətli törətdikdən sonra hadisə yerindən qaçıb. Ağır yaralanan qadın xəstəxanaya aparılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, Ş. Mirzəli mağazada işləyirmiş. O, 6 yaşlı uşağını qohumunun evinə qoyub və iş yerinə gedərkən tapança ilə hücuma məruz qalıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta