AZ

İsrail Qəzzanın şimalına hücum etdi: 88 nəfər öldü

Qəzzada 88 nəfər ölüb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərə görə, İsrail döyüş təyyarələri Mesru Beyt Lahiya bölgəsindəki Kemal Advan xəstəxanası ətrafındakı yaşayış məntəqələrini bombalayıb.

İlkin hesablamalara görə, hücumda əksəriyyəti uşaq olmaqla 66 fələstinli həyatını itirib, 100 nəfər yaralanıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, dağıntılar altında hələ də çoxlu adam var. İsrail mülki müdafiə bölmələrini sıradan çıxardığı üçün yerli əhali öz əlləri və çox sadə texnikası ilə axtarış-xilasetmə işləri aparır.

Hücumdan sonra dağıntılar altında qalanların axtarış-xilasetmə işlərinə xəstəxana işçiləri də qatılıb.

Gülay
Seçilən
34
1
azxeber.com

5Mənbələr