AZ

Belarusu işğal etməyə hazırlaşırlar

Müxalifət və Qərb kuratorları Belarusu işğal etmək planı hazırlayıb.

Missiya.Az xəbər verir ki, bu barədə Belarusun “ONT” telekanalında “Cinlər Belarusu necə fəth etmək istəyirlər” adlı film nümayiş etdirilib.

Bildirilir ki, Qərb Belarusu işğal etmək üçün respublikanın cənub-qərbində, Belarus, Ukrayna və Polşa sərhədlərinin kəsişməsində dörd ərazi ayırıb. Söhbət Kobrin bölgəsindən və Polesiedən gedir.

Eyni zamanda ölkə daxilində qərbyönlü hüceyrələr fəaliyyətə başlayacaq. 

Qeyd olunur ki, Polşa xüsusi xidmət orqanları Belarus müxalifəti sıralarından yaraqlılar hazırlayır. 

Telekanalda göstərilən süjetə görə, rəsmi Varşava hələ də Belarusu öz torpaqları hesab edir.

“Xarici kəşfiyyat xidmətləri qaçaq müxalifətçilərin, diasporada yaşayanların əhval-ruhiyyəsindən istifadə edir, onlara silah və texnika verir, o cümlədən xüsusi təlimlər keçir”, - deyə filmdə göstərilir.

 

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
15
missiya.az

1Mənbələr