“Biz COP29-dakı müzakirələrə pozitiv yanaşırıq və fikirlərimiz müsbətdir. Burada gənclərin və ictimaiyyətin iştirakını xüsusi vurğulamaq istəyirəm”.
Bunu AZƏRTAC-a müsahibəsində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının iqlim dəyişmələri üzrə nümayəndəsi (iqlim rəhbəri) Ninni İkkala Nyman deyib.
O, COP29-da iqlim fəaliyyəti ilə bağlı vacib qərarların qəbul edilməsini gözlədiyini bildirib: “Maliyyə və uyğunlaşma ilə bağlı bəzi qərarların COP29-da təsdiqlənəcəyinə ümid edirəm.
Həll etməli olduğumuz ən böyük problemlərdən biri istilikdir. Bu, qırmızı yol ayrıcında bizim üçün əsas prioritetdir. Çünki hər il yarım milyona qədər insan istiləşmə səbəbindən dünyasını dəyişir”.