AZ

Sümük əriməsini 1 qaşıqla yox edir:  B12, maqnezium, dəmir deposudur

Sümük Sümük əriməsini 1 qaşıqla yox edir:

Qidalandırıcı xüsusiyyətlərinə görə qış aylarında evlərdə zərurət olan və müntəzəm istifadə edildikdə qan azlığına yaxşı gələn bəkməz sümük sağlamlığının qorunmasına da kömək edir. Vitamin və minerallarla zəngin qidalı bir qida olan bəkməzin müntəzəm olaraq istehlak edildiyi zaman sağlamlıq baxımından bir çox faydası var.

E-saglam.az xarici mediaya istinadla xəbər verir ki, yüksək vitamin və mineral dəyərlərinə malik olan və hər qaşıqda bir çox faydası olan bəkməz üzüm, itburnu, əncir, keçiboynuzu və ya tut kimi şirin meyvələrin və ya kənd təsərrüfatı məhsullarının əzilərək qaynadılması ilə əldə edilən sıx və şirin bir şərbətdir.

Qırmızı çuğundur və keçiboynuzu bəkməzi insanlar arasında çox məşhur olmasa da, bir az acı dadı olduğu üçün iştahası olmayanlara məsləhət görülür.

Ən azı keçiboynuzu qədər qan yaradır. Həm üzüm, həm də tut bəkməzində dəmir və B12 vitamini çox yüksəkdir.

Bəkməzin qidalanma dəyəri

Kalori: 58

Yağ: 0 q

Natrium: 7,4 mq

Karbohidratlar: 15 q

Lif: 0 q

Şəkər: 15 q

Protein: 0 q

Maqnezium: 12%

Dəmir: 5%

Kalsium: 3%

Kalium: 6%

Qanazlığa xeyirli olduğu və eyni zamanda immuniteti gücləndirdiyi üçün qış aylarında tez-tez istehlak edilən bəkməz, piylənmə, depressiya, dəri və sümük sağlamlığını yaxşılaşdırmaq üçün çox faydalı bir qidadır.

Ancaq xüsusilə şəkər xəstəliyiniz varsa, həkim nəzarəti altında bəkməz istehlak etməyiniz tövsiyə olunur.

Antioksidant xüsusiyyəti ilə vitamin və mineral qaynağı olan bəkməz, immunitet sistemini gücləndirərək insanı xəstəliklərə qarşı gücləndirir, boğaz keçidlərini yumşaldaraq öskürəyi dayandırmağa kömək edir.

Bəkməzin yüksək qida dəyəri sayəsində müntəzəm istehlak edilməsi insanı tox saxlayır. Bədənə enerji verir. Bəkməzin faydaları təkcə bununla məhdudlaşmır. Xüsusilə sümük sağlamlığını gücləndirməyə kömək edir və hətta bir qaşıq osteoporozla mübarizə apara bilər.

Bəkməz sizə gündəlik ehtiyac duyduğunuz enerjini verməklə yanaşı, yaxşı bir kalsium mənbəyi kimi də istehlak edilə bilər. Tərkibindəki B vitaminləri, maqnezium, xrom və dəmirlə də çox sağlam qidadır. 1 xörək qaşığı bəkməzdə orta hesabla 40 mq kalsium var.

Hər gün 1 qaşıq bəkməz

Hər gün bir qaşıq bəkməz yeməyin orqanizm üçün bir çox faydası var. Bəkməz çox yaxşı qan qurucudur. Dəmir çatışmazlığı olanlar üçün gündə 1 qaşıq bəkməz içmək faydalıdır. Xüsusilə keçiboynuzu bəkməzi qan azlığına qarşı çox təsirlidir.

Hər gün 1 qaşıq bəkməz içmək kalium mənbəyi olduğu üçün təzyiqinizi dəstəkləyəcək və ürək sağlamlığınızı qoruyacaq.

Tədqiqatlar bəkməzin yaxşı xolesterin olan HDL üçün də faydalı olduğunu göstərdi.

Bəkməzin tərkibində karbohidratlar olduğu və yemək zamanı 1 qaşıq istehlak edildikdə qan şəkəri və insulin səviyyəsini aşağı saldığı müşahidə edilmişdir.

Əgər qan şəkərinə nəzarət zəifdirsə, bəkməz istehlak edə bilərsiniz. Şəkər qəbulunu məhdudlaşdıraraq, gündəlik istehlak etdiyiniz şəkər miqdarını aşmamasını təmin edin.

Bundan əlavə, pəhriz saxlayanlar şəkər ehtiyaclarını bəkməzdən sağlam şəkildə qarşılaya bilərlər.

B vitaminləri, kalsium və maqneziumla zəngin olmaqla, serotonin səviyyəsini artırmağa kömək edir və beləliklə, əhval dəyişikliyi ilə mübarizə apararaq sizi narahatlıq, stress və gərginlikdən xilas edir.

Qeyd: Bu məqalə yalnız ümumi məlumat məqsədləri üçün yazılmışdır və tibbi məsləhət kimi qəbul edilməməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
36
e-saglam.az

1Mənbələr