AZ

Yeni Azərbaycan Partiyası bu gün böyük bir ordunu xatırladır

"Yaradıcısı Ulu Öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası bu gün böyük bir ordunu xatırladır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparıcı siyasi qüvvə olaraq bütün fəaliyyətini xalqa və dövlətə həsr edən Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafı və qüdrətlənməsi naminə inamla addımlayır".

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Mahir Süleymanlı səsləndirib. Millət vəkili bildirib ki, Ulu öndərimizin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəllifliyi ilə Azərbaycan özünün şanlı səhifəsini yazmaqda davam edir:

"Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının gücü, həm də onun sıralarındakı vətəndaş dəstəyinin yüksək olmasında təzahür edir. Bu dəstək, YAP-ın həyata keçirdiyi islahatlarla daha da artmış, eyni zamanda partiya öz nüfuzunu artıraraq Azərbaycan xalqının birliyinin simvoluna çevrilmişdir. Partiya ətrafında sıx birləşən yüz minlərlə insan bununla həm də dövlətimizin başçısının yanında olduqlarını nümayiş etdirirlər".

Mahir Süleymanlı qeyd edib ki, hakim partiyanın hər bir üzvü YAP-ın proqram və prinsiplərinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlir. Bütün bunlar partiyanın bugününə və gələcəyinə olan inamın göstəricisidir.

Seçilən
13
1
modern.az

2Mənbələr