AZ

Bakıda halı pisləşən "bomj"a kömək etmək istədilər - Üzərindən külli miqdarda pul çıxdı - Foto

Bakıda bir neçə gün öncə axşam saatlarında küçədə "bomj" həyatı yaşayan bir nəfərin halı pisləşib.

Ölkə.az xəbər verir ki, hadisə şahidlərinin Titul.az-a verdiyi məlumata görə, əraziyə dərhal təcili yardım çağırılıb.

Tibb əməkdaşları digər insanların köməyi ilə onu təcili yardıma yerləşdirərək yaxınlıqdakı xəstəxalardan birinə çatdırıblar.

Ən təəccüblü olay da bu zaman baş verib. "Bomj"ın əynindəki gödəkçə çıxarılarkən onun cibindən külli miqdarda məbləğ çıxıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, bu məbləğ 3800 manat civarında olub.

Seçilən
4
17
olke.az

10Mənbələr