AZ

Rusiya öz qonşularına təcavüz edən bir ölkədir - ABŞ Dövlət Departamenti

"Unutmayın ki, Rusiya öz qonşularına hücum edən bir ölkədir. Onlar Gürcüstana müdaxilə edib və hazırda Ukraynanı işğal etməyə çalışır”.

Missiya.Az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

"Biz Rusiya tərəfindən yaranan müxtəlif təhlükələr, o cümlədən təkcə Ukraynadakı aqressiya deyil, həm də Avropanın təhlükəsizliyinə yönəlmiş təhdidlər barədə NATO müttəfiqləri ilə sıx koordinasiyanı davam etdiririk”, - deyə siyasətçi vurğulayıb.

Miller qeyd edib ki, biz NATO müttəfiqləri ilə Rusiyanın Avropa ətrafında yaratdığı asimmetrik təhlükələri müzakirə etməyə davam edirik.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
16
missiya.az

1Mənbələr