Ermənistan Hindistanla daha 78 Advanced Yedəkli Artilleriya Silah Sisteminin (ATAGS) alınması üçün danışıqlar aparır.
Missiya.Az xəbər verir ki, bu barədə “IDRW” nəşri məlumat yayıb.
Bildirilir ki, bu, Ermənistana çatdırılan 60 ədəd ATAQS-in uğurlu fəaliyyətindən sonra baş verib.
Qeyd olunub ki, əlavə 78 ədəd ATAQS-a dair perspektiv saziş Ermənistan və Hindistan arasında artan müdafiə əməkdaşlığının növbəti mərhələsidir.
Mənbə əlavə edib ki, bundan əvvəl Ermənistan Hindistandan “Pinaka” reaktiv yaylım atəşi sistemləri və bəzi digər müdafiə silahları alıb.
Daşqın HəsənovMissiya.Az