AZ

Ən yüksək və ən aşağı sosial yardım bu rayonlardadır - SİYAHI

Cari ilin oktyabr ayının 1-i vəziyyətinə Azərbaycanda 1 nəfərə düşən ünvanlı dövlət sosial yardımın orta aylıq məbləği 103-111 manat aralığında olub. 

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ən yüksək sosial yardım Şəmkir rayonunda qeydə alınıb. Bu rayondan sosial yardım alan 6 min 519 nəfərin sosial yardımının orta aylıq məbləği 111 manat 41 qəpik olub. 

Ünvanlı dövlət sosial yardımın orta aylıq məbləği ən aşağı olan rayon isə Xocavənd rayonu olub. Bu rayonda ünvanlı dövlət sosial yardımı alan 592 nəfər qeydiyyatdadır. Bir nəfərin sosial yardımının məbləği isə 103 manat 8 qəpikdir. 

Qeyd edək ki, bu dövrdə Azərbaycanda Ünvanlı dövlət sosial yardımı alan ailə üzvlərinin sayı 344 min 803 nəfər olub. Ən çox ünvanlı dövlət sosial yardımı alan şəxslər Bakı şəhərində (47 min 135 nəfər), ən az isə Xankəndi şəhərində (103 nəfər) qeydiyyatdadır. 

Əvəz Həsənov

Seçilən
9
valyuta.az

1Mənbələr