Ermənistandakı bəzi qüvvələr reallıqlarla barışmasa da, əksəriyyət hazırkı durumu qəbul edir və başqa çıxış yolları olmadıqlarını anlayırlar.
Ermənistan parlamentinin deputatlarından biri Artur Hovanesyan da hazırkı durumun Ermənistanın xeyrinə olmadığı qənaətindədir: “Biz anlamalıyıq ki, Qarabağ Azərbaycandır. 30 il ərzində başqalarına məxsus olanı sevməyə məcbur olduq. Başqa ölkələrin beynəlxalq səviyyədə tanınmış ərazilərindən nə istəyirdik? Ermənistan küçələrində gəzəndə özümüzü Vanda, yoxsa İrəvanda hiss edirik? Biz hamımız əsl Ermənistanda yaşayırıq, ona görə də diqqətimizi ölkəmizə yönəltməliyik”, – deyə Hovanesyan bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az