AZ

Su məsələlərinin həlli üzrə birgə fəaliyyət üçün böyük potensial mövcuddur - BMT

Bakı. Trend:

Su məsələlərinin həlli üzrə birgə fəaliyyət üçün, Braziliyadakınövbəti konfransa qədər olan dövrdə böyük potensial mövcuddur.

Trend xəbər verir ki, bubarədə BMT-nin Qlobal Sazişi Baş direktorunun Su Mandatının rəhbəriCeyson Morrison COP29 çərçivəsində "İqlim üçün su: NDCs və NAPs-dasu həllərinin inteqrasiyası - biomüxtəliflik, su ehtiyatları vəiqlimin qarşılıqlı əlaqəsi" mövzusunda keçirilən yüksək səviyyəlidəyirmi masada bildirib.

"Şübhəsiz ki, COP (Tərəflərin Konfransları) arasında daha sıxəməkdaşlığın dəyərini və zəruriliyini qəbul edərək,konfranslararası dövrdə fəaliyyətləri davam etdirmək və tərəfdaşlararasında əlaqələri yalnız milli və beynəlxalq səviyyədə deyil, həmdə çay hövzələri səviyyəsində gücləndirmək vacibdir. Məhz busəviyyədə bir çox şirkət su ehtiyatlarının idarə olunması sahəsindətədbirlər görməyin zəruriliyini dərk edir və iqlim dəyişikliyinintəsirlərinin azaldılması və ona uyğunlaşma üzrə sürətləndirilmiştədbirlərin təşviqi çərçivəsindəki rolunu aşaraq hərəkət edir.

İqlim dəyişikliyi ilə ağırlaşan su ehtiyatları ilə bağlı riskləradətən su çatışmazlığı olan regionlarda daha çox müşahidə olunur.Burada su təchizatının etibarlılığı təhlükə altına düşür və yadaşqınlar və fəlakətli hadisələr biznes fəaliyyətinin davamlılığınıpozur. Bu səbəbdən, Braziliyadakı növbəti konfransa qədər birgəfəaliyyət üçün böyük potensial mövcuddur", – deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
10
2
az.trend.az

3Mənbələr