2025-ci il sosial islahat paketi və pensiyaların indeksləşdirilməsi 3 milyon vətəndaşı əhatə edəcək. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
"Gələn il Minimum
əməkhaqqı, minimum pensiyanın artırılması, eyni zamanda sosial müavinətlər və təqaüdlər
istiqamətində addımların atılması pensiyaların indeksləşdirilməsi
planlaşdırılır. Ümumilikdə bu sosial islahat paketi pensiyaların indeksləşdirilməsi
ilə birlikdə 3 milyondək vətəndaşı əhatə edəcək", - nazir Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
Azərbaycanda növbəti il minimum əməkhaqqının 400 manat, minimum əməkhaqqının isə 280 manat olması proqnozlaşdırılır.
Gülnar Nazimqızı
www.anews.az