AZ

Əli Əsədov bu qaydaya dəyişiklik ETDİ

“Dövlət sərhədini pozan hava gəmilərinə və uçuş aparatlarına qarşı hava hücumundan müdafiə qoşunlarının növbətçi qüvvə və döyüş texnikasının tətbiq edilməsi Qaydaları”nda dəyişiklik edilib.

Viral.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.

Qaydaya əsasən, tanınmamış, kiçikölçülü, kiçiksürətli alçaqdan uçan hədəfin Azərbaycan Respublikasının dövlət sərhədini keçməsi radiolokasiya vasitələri ilə (adi gözlə müşahidə edilməsi haqqında məlumat alındıqda) aşkar edildikdə hava hücumundan müdafiə komanda məntəqəsinin müvafiq əməliyyat növbətçisinin qərarı ilə həmin hədəfin ehtimal olunan marşrutu üzrə hava hücumundan müdafiənin növbətçi qüvvə və döyüş texnikası 1 nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilir.

Son Yazılar:

Yeni qaydaya əsasən, havaya bir-birinin ardınca lazımi miqdarda növbətçi qırıcı təyyarələr, qırıcı bombardmançı təyyarələr, vertolyotlar, habelə Dövlət Sərhəd Xidməti, hərbi-dəniz qüvvələri, mülki aviasiya şirkəti tərəfindən ayrılmış təyyarələr və vertolyotlar havaya qaldırılır, yerüstü müşahidə postlarının sayı artırılır.

Dəyişikliyə görə, könüllü hərbi vətənpərvərlik texniki idman cəmiyyəti bu işlərə cəlb edilməyəcək.

Seçilən
0
17
viral.az

10Mənbələr