AZ

“Mayamidə pulum kirayələrə gedir”

“Bakıda olanda sürücülük vəsiqəmi dəyişməli idim. Getdim, ASAN xidmətdə 5 dəqiqəyə dəyişdim. Heç bir əlavə şey istəmədilər. Amerikada isə tamamilə əksi. Nyu-Yorkda bir az bu məsələ yaxşıdır. Hər şey tez baş verə bilir. Amma Mayamidə isə siz bilsəniz bir sənəd almaq nə qədər çətindir”.

OLAY yazır ki, bu sözləri uzun illər əvvəl ABŞ-yə köçən keçmiş teleradioaparıcısı Günel Hümbətova deyib.

Amerikada sürücülük vəsiqəsi ala bilmədiyi haqda instaqram səhifəsində video yayımlayan Günel bildirib ki, bu sənədi almaq üçün aylarla növbə gözləmək məcburiyyətində qalıb:

“Təsəvvür edin 3 aydan çoxdur buradayam, hələ də sürücülük vəsiqəm yoxdur. Azərbaycan sürücülük vəsiqəsi ilə ancaq maşın kirayə götürürəm. Maşın ala bilmirəm. Yer isə ancaq yanvardadır. 8 il əvvəl almışdım, indi dəyişməliyəm. “Full driver license” (tam sürücülük vəsiqəsi - red.) almaq üçün yanvarı gözləməliyəm. Hər şeyi etmişəm, girib kartı götürməliyəm. Deyirlər ki, ya yanvarı gözlə, ya da gecə saat 2-də gəl növbəyə dayan. Bilmirəm, burada ya çox insan var, qrumlar hazır deyil belə xidmət göstərməyə, ya da hər zaman belə olub. Bu qədər pulum gedir maşın kirayəsinə”.

Seçilən
4
1
olay.az

2Mənbələr