AZ

Nazir: Azərbaycanın əmək bazarında formal ixtisası olmayan şəxslərin çəkisi çoxdur 

Azərbaycanın əmək bazarında formal ixtisası olmayan şəxslərin çəkisi çoxdur.

“Far.Az” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, Qarabağa və Şərqi Zəngəzura qayıdan vətəndaşlar arasında da ixtisaslı şəxslərin azlığı müşahidə olunur:

“Çünki uzun illər peşə təhsili seqmentini demək olar ki, itirmişdik. Məktəb bitirən şəxslərin 40 faizi ali məktəblərə daxil olurdu, lakin peşə hazırlığı çox aşağı səviyyədə idi.

Biz hazırda Elm və Təhsil Nazirliyi ilə birlikdə icra etdiyimiz proqram çərçivəsində ciddi şəkildə peşə məktəblərinin və texnikomların sayının artırılması üzərində işləyirik”.

Seçilən
0
7
far.az

10Mənbələr