AZ

“Qarabağa qayıdanlar arasında ixtisaslı şəxslər azdır”

“Azərbaycanın əmək bazarında formal ixtisası olmayan şəxslərin çəkisi çoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.

“Qarabağa və Şərqi Zəngəzura qayıdan şəxslərin arasında da ixtisaslı şəxslərin azlığı müşahidə olunur. Çünki uzun illər peşə təhsili seqmentini, demək olar ki, itirmişdik. Məktəb bitirən şəxslərin 40 faizi ali məktəblərə daxil olurdu, lakin peşə hazırlığı çox aşağı səviyyədə idi. Biz hazırda Elm və Təhsil Nazirliyi ilə birlikdə icra etdiyimiz proqram çərçivəsində ciddi şəkildə peşə məktəblərinin və texnikumların sayının artırılması üzərində işləyirik”, - deyə nazir bildirib.

Nuranə Daxilqızı

Seçilən
4
qafqazinfo.az

1Mənbələr