AZ

Qəzza zolağının şimalını atəşə tutması nəticəsində çox sayda tələfat var

İsrail ordusunun Qəzza zolağının şimalını atəşə tutması nəticəsində 30 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Editor.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Kamal Advan xəstəxanasının atəşə tutulduğu dəqiqləşdirilir. Daha sonra hadisə yerində ən azı 36 nəfərin cəsədi tapılıb.

“Xəstəxananın yaxınlığındakı yaşayış binalarının dağıdılması nəticəsində əksəriyyəti qadın və uşaq olan 66 nəfər ölüb”, Telegram kanalında deyilir.

//Samir Qurbanov, Editor.az

Seçilən
8
editor.az

1Mənbələr