Fernandu Santuşun Azərbaycan yığmasından istefaya göndəriləcəyi yönündə son günlər xəbərlər yayılıb. Komandanın Millətlər Liqasının C Liqası ilə vidalaşması bu informasiyaların məğzini təşkil edir. İddia olunur ki, yığmanın I qrupda sonuncu yeri tutaraq D Liqasına vidalaşması AFFA rəhbərliyinin baş məşqçinin məsələsinə yenidən baxmasına səbəb olub. Bildirilir ki, federasiya prezidenti portuqaliyalı mütəxəssisin 4 illik müqaviləsinə birtərəfli qaydada xitam verilməsinə dair danışıqların aparılmasını tapşırıb.
SPORTİNFO.AZ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta