AZ

COP for Hope: Litva COP29-da inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşməsinin təmin edilməsinə ümid edir - Nazir (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz: Litva Respublikasının ətrafmühit naziri Simonas Gentvilasdır.

Simonas Gentvilas COP29 çərçivəsində Trend-ə özəl müsahibəsində konfransınyüksək səviyyədə təşkil olunduğunu qeyd edib.

"Azərbaycana bu tədbiri təşkil etdiyi üçün təşəkkür edirəm. Sizartıq beynəlxalq tədbirlərin təşkilində peşəkar olursunuz.Proqresdən danışmaq hələ tezdir. Müzakirələr və danışıqlar davamedir, əsas qərarlar adətən konfransın son günlərində qəbul edilir,buna görə cümə gününü gözləmək lazımdır", – deyə nazirbildirib.

S.Gentvilas qalıq yanacaqların istifadəsindən imtina ilə bağlırazılığın əldə olunacağına ümid etdiyini ifadə edib.

"G20-nin qalıq yanacaqların istifadəsindən tədricən imtina iləbağlı bəyanatı kifayət qədər güclü olmadı. Biz inkişaf etməkdə olanölkələr üçün maliyyələşmənin təmin ediləcəyinə ümid edirik. Bu, ikiəsas məsələdir. Əgər biz iqlim dəyişikliyi haqqında danışırıqsa,daha az neft, qaz və kömür istifadə etməliyik və nəticədə onlardantamamilə imtina etməliyik", – deyə o vurğulayıb.

Nazir qeyd edib ki, iqlim dəyişiklikləri bütün regionlara təsiredir və buna görə hər kəs öz töhfəsini verməlidir.

"Neft resurslarına əsaslanan iqtisadiyyatlar ən böyüktransformasiya potensialına malikdir, çünki bu, zənginiqtisadiyyatlardır. Litvanın əsas ticarət tərəfdaşı olan Azərbaycanbu sahədə böyük imkanlara malikdir. Biz Azərbaycana dərin hörmətbəsləyirik. Digərləri üçün nümunə olmağa çalışmalıyıq. Azərbaycanartıq əhəmiyyətli uğurlar əldə edib və bir çox ölkəiqtisadiyyatlarının transformasiyası üçün sizə, eləcə də Litvayanümunə kimi baxır", – deyə Simonas Gentvilas bildirib.

Nazir əlavə edib ki, Litva Avropa İttifaqının üzvü kimidanışıqlarda iştirak edir.

"Biz Yeni Kollektiv Kəmiyyət Məqsədinə kollektiv töhfə veririkvə dünyada ən böyük donor olaraq qalırıq. İqlim maliyyələşməsi üzrə100 milyard dollarlıq paketdə Aİ-nin payı üçdə bir təşkil edir.Lakin Avropa dünya emissiyalarının yalnız 6 faizini təşkil edir.Biz orta gəlirli ölkələrin də bu səylərə qoşulacağını gözləyirik",– deyə o vurğulayıb.

Litvalı nazir Avropanın iqlim dəyişiklikləri ilə mübarizədə özpayından artıq iş gördüyünü qeyd edib.

"Biz gözləyirik ki, Çin və ABŞ kimi əsas çirkləndiricilər digərölkələrə iqlim dəyişikliyinə uyğunlaşmaq üçün dəstək verəcəklər.Bu, tamamilə vacibdir, çünki biz iqlim dəyişiklikləri səbəbindənŞimali Avropaya, bizim qitələrə miqrasiya ilə qarşılaşırıq.İnsanlar Sahara səhrasının cənubundakı və ya alçaq ərazilərdəyerləşən ölkələrdə yaşamaq imkanından məhrumdur. Biz bu ölkələridəstəkləməyə borcluyuq", – deyə o bildirib.

Nazir Litvanın öz iqtisadiyyatını dekarbonizasiya etməkdə əldəetdiyi uğurları da vurğulayıb.

"Biz istixana qazlarının emissiyalarını 70 faiz azaltmağamüvəffəq olmuşuq və iqtisadiyyatımız artıq transformasiyaprosesindən keçib. Lakin ən çətin sektor nəqliyyat sahəsi olaraqqalır.

Biz effektiv həll yolları axtarmalıyıq və bir çox ölkələr üçünöz iqtisadiyyatlarını qısa müddət ərzində transformasiya edəbilmələri üçün nümunə olmaq istəyirik. Məsələn, 2030-cu ilə qədərLitvada bütün elektrik enerjisi yalnız bərpa olunan mənbələrdənistehsal ediləcək. Hazırda mərkəzləşdirilmiş istilik təchizatısektoru artıq 80 faiz bərpa olunan enerji üzərində qurulub. Bizgöstərmək istəyirik ki, kiçik bir ölkə necə böyük nəticələr əldəedə bilər", – deyə nazir fikrini tamamlayıb.

X: @Lyaman_Zeyn

Məqalədə:
Seçilən
11
1
az.trend.az

2Mənbələr