“Fələstin yıxılarsa, İsrail rejimi və müttəfiqləri bölgədəki ölkələri hədəfə almağa başlayacaqlar”.
Missiya.Az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş Baş Komandanı Möhsün Rəzai deyib.
O, bildirib ki, İsrailin başlamaq istədiyi müharibənin məqsədi islamı məhv etməkdir.
İsrail ABŞ-nin siyasi, hərbi və kəşfiyyat dəstəyindən faydalanaraq işğalını davam etdirəcək:
"Qəzza, Fələstin və Livan çökərsə, düşmən Suriya, İraq, Səudiyyə Ərəbistanı, Türkiyə və İrana doğru irəliləməyə başlayacaq" dedi.
Daşqın HəsənovMissiya.Az