AZ

Rusiya yenə də Aİ ölkələrinin ən böyük qaz tədarükçüsüdür

“Eurostat”ın məlumatına görə, sentyabr ayında Rusiya 2022-ci ilin yazından bəri ilk dəfə olaraq Aİ ölkələrinin əsas qaz tədarükçüsü mövqeyini bərpa edib.

Tətbiq olunan məhdudiyyətlərə baxmayaraq, Avropa şirkətləri sentyabrda Rusiyadan 1,4 milyard avro dəyərində qaz alıb ki, bu da bir il əvvəlkindən üçdə bir çoxdur.

“Mavi yanacağın” 60%-i borular vasitəsilə Aİ-yə vurulub, tədarükün təxminən 40%-i isə mayeləşdirilmiş təbii qaz (LNG) olub.

İndi Rusiya Aİ-yə bütün qazın 23,74%-ni verir, ikinci yerdə bir ay əvvəl, avqustda “Eurostat” məlumatlarında birinci yeri tutmuş Əlcəzair gəlir: Aİ bu ölkədən qazı 1,1 milyard avroya alıb. Birləşmiş Ştatlar tədarük həcminə görə də beşinci yerdən üçüncü yerə yüksəlib – onun LNG satışları 21% artaraq 990,2 milyon avroya çatıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
51
26
editor.az

10Mənbələr