AZ

Rusiyaya güclü artilleriya sistemləri göndərirlər - Foto

Rusiyaya

Şimali Koreya “Koksan” artilleriya sistemlərini müttəfiqi Rusiyaya tədarük etməyə başlayıb.

Reyting.az
“Business Insider”ə istinadla bildirir ki, Pxenyan artıq Moskva tərəfində Ukraynaya qarşı döyüşlərdə iştirak edən minlərlə hərbçi ilə yanaşı, Rusiyaya xeyli sayda artilleriya qurğusu ötürüb. Bu, münaqişədə artilleriya mərmilərinin və raketlərin mühüm rolunu nümayiş etdirir.

Qeyd edək ki, bu yaxınlarda sosial mediada Şimali Koreyaya məxsus 170 mm-lik “Koksan” özüyeriyən haubitsalarının dəmir yolu ilə Rusiya ərazisindən daşınmasını əks etdirən fotolar yayılıb. Bunu Qərb mediası Cənubi Koreya kəşfiyyatına istinadla yazıb.



Hudson İnstitutunun eksperti Kanq Kasapoğlu bildirib ki, 170 mm və 240 mm sistemlər Şimali Koreyanın ixtiyarında olan ən güclü sistemlər arasındadır. Onun sözlərinə görə, “Köksan” 60 km uçuş məsafəsinə malikdir və dəqiqədə dörd mərmi, daha sonra isə hər üç dəqiqədə bir mərmi atmağa qadirdir: “Pxenyanın yüzlərlə belə silahı var və Kremlə əhəmiyyətli sayda silah göndərə bilər”.

Qeyd edək ki, “Koksan” sistemi ilk dəfə 1978-ci ildə, təkmilləşdirilmiş versiyası isə 1989-cu ildə təqdim edilib. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Raket Təhdidi Layihəsinə əsasən, bu, Şimali Koreyanın yüksək partlayıcı maddələri atəşə tuta bilən ən uzunmənzilli qeyri-raket artilleriya sistemidir.

V. QULİYEV
Seçilən
22
reyting.az

1Mənbələr