AZ

Türkiyə MİT PKK-nın məsul şəxslərindən birini zərərsizləşdirib

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) İraqın şimalındakı Qara bölgəsində keçirdiyi əməliyyatda PKK/KCK Qara zabitlərindən "Mervan Hizan" kod adlı Serhat Taqarı zərərsizləşdirib.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, terror cinayətlərinə görə barəsində həbs qərarı çıxarılan Taqarın yeri kəşfiyyat işləri nəticəsində müəyyən edilib.

MİT-in İraqın şimalındakı Qara bölgəsində keçirdiyi əməliyyat nəticəsində Mervan Hizan kod adlı terrorçu dəqiq vurularaq zərərsizləşdirilib.

2014-cü ildə terror təşkilatı PKK/KCK-ya qoşulan Taqarın 2017-2019-cu illər arasında İraqın şimalındakı Zap bölgəsində xidmət etdiyi və təhlükəsizlik qüvvələrinə qarşı bir çox aksiyalarda iştirak etdiyi müəyyən edilib.

Seçilən
13
ucnoqta.az

1Mənbələr