AZ

ABŞ-də təhsil alan Çin tələbələrinin sayı azalıb

ABŞ Dövlət Departamenti və qeyri-kommersiya təşkilatı Beynəlxalq İnstitutunun  hesabatına görə, ötən tədris ilində Hindistandan olan tələbələr Amerika ali təhsilində ən böyük beynəlxalq tələbə qrupu olublar.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki, 2009-cu ildən bəri ilk dəfə Çin bu göstəricidə birinciliyi əldən verib. Hesabata görə, Çin dünyadakı  bütün beynəlxalq tələbələrin dörddə birini təşkil edir. İkinci yerdəki Hindistanın göstəriciləri  29% təşkil edir.Ekspertlər hesab edirlər ki, Çin tələbələrinin ABŞ-də sayının  azalmasına səbəb həm siyasətdə, həm də ictimai qavrayışda əhəmiyyətli dəyişikliklərin baş verməsidir. Bunu həm də, Çinin özündə daha çox seçim imkanı ilə əlaqələndirirlər.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
9
konkret.az

1Mənbələr