AZ

TRAMP ADMİNİSTRASİYASININ RƏSMİSİ RUSİYANI İŞĞALÇI ADLANDIRDI

Gürcüstan ətrafında gərginlik davam etməkdədir...

Tezadlar.az xatırladır ki, "Unutmayın ki, Rusiya digər qonşu ölkəsi Gürcüstanı da işğal edən bir ölkədir və Ukraynanı işğal etməkdə davam etdiyi kimi, Gürcüstanı da işğal etməkdə davam edir", -deyən ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə bildirib ki, son bir neçə gündə Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyadan təkcə ABŞ-a deyil, ümumilikdə NATO-ya qarşı təhlükə artıb. NATO müttəfiqləri tərəfindən bu proses nəzərdən keçirilirmi? Sitat: “Rusiyanın təkcə Ukraynaya deyil, həm də Avropanın təhlükəsizliyinə təcavüzü ilə yaratdığı bir sıra təhdidlərlə bağlı NATO müttəfiqləri ilə sıx koordinasiyaya davam edirik. Unutmayın ki, Rusiya başqa bir qonşusu olan Gürcüstanı da işğal etmiş bir ölkədir və Ukraynanı işğal etməkdə olduğu kimi, onu da işğal etməkdə davam edir. Biz NATO müttəfiqlərimizlə Rusiyanın Avropa ətrafında yaratdığı asimmetrik təhlükələri müzakirə etməyə davam edirik”.

 

Seçilən
9
tezadlar.az

1Mənbələr