AZ

Komitələrin birgə iclası başladı: Sahil Babayev PARLAMENTDƏ

Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilir.

 

Hokm.az-ın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də iclasda iştirak edir.

 

Gündəliyə 5 məsələ daxil edilib.

 

Onlar aşağıdakılardır:

 

1.  “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi  (birinci oxunuş).
2. “İşsizlikdən sığorta fondunun  2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
3. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
4. “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
5. “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında”  Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi  (birinci oxunuş).

Seçilən
0
39
hokm.az

10Mənbələr